Türkmənistandakı Türk vətəndaşları Ərdoğandan kömək istəyir - VİDEO

  • By admin
  • 04 Avqust 2017 17:30
erdogan
Türkmənistanda “Çeper Qurluşık” tikinti şirkətində çalışan Türk vətəndaşları onlara əməkhaqqı verilmədiyinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyirlər.
 Gununsesi.info “fergananews”-a istinadən xəbər verir ki, Türk vətəndaşları Ərdoğandan işlədikləri “Çeper Qurluşık” tikinti şirkətinin onlara 500 min dollar həcmində olan əməkhaqqı borcunun qaytarılmasında  yardımçı olmasını istəyirlər.Bununla bağlı türkiyəli işçilər  YouTube videomüraciət yerlədiriblər.
Türk vətəndaşı bildirib ki, Türkmənistan firması 30 Türk vətəndaşını, mühəndis, memar və elektirkləri işə dəvət etsə də, işimiz müqabilində bizə nəzərdə tutulan pulu vermədilər. “Biz 1,5-2 il ərzində gecə-gündüz bilmədən bir neçə növbə ilə Türkmənistan qanunlarını pozmadan işlədik, ancaq biz işimizin müqabilində qazandığımız halal pulumuzu ala bilmirik. Odur ki, biz öz halal pulumuzu istəyirik. Pulumuzu ala bilmədiyimizdən artıq 6-7 aydır ki,  ailələrimiz ciddi maddi sıxıntə keçriməkdədirlər”- videomüraciətdə  qeyd olunur.
Türkiyəli mütəxəssislər Türkiyə prezideti Ərdoğandan türkmən həmkarı Berdıqulı Muxamedovla danışıb onlara yardım edilməsini istəyirlər.
Video da qeyd olunur ki, Türkmənistanin bir neçə rəsmisi ilə görüşülsə də, nəticəsi olmayıb.

Gununsesi.info