Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, T. Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstək üçün təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafında səylərini əsirgəmədiyini vurğulayıb.
E. Məmmədyarov diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Gununsesi.info