Türkmənistan prezidentindən unikal master klass hərəkətlər - VİDEO

  • By admin
  • 10 Noyabr 2017 11:42

Ölkə başçısı velosipedlə basketbol oynayıb və digər idman növləri ilə məşğul olub.

Gununsesi.info “Xronika Türkmənistan”a istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov güc strukturlarının idman zalında məşq edib.

İdman zalında məşq edən prezident bir sıra mürəkkəb və çətin idman növlərini icra edərək master klass göstərib.

Q.Berdımuxammedov velosiped sürərək basketbol oynayaraq topu zənbilə yollayıb.

Stomatoloq olan Q.Berdımuxammedov bir zamanlar onkoloq-cərrah, bəstəkar, şair, müğənni, dicey rolunda çıxış edib. O eyni zamanda,  avtomobil və at yarışlarında iştirak edərək qalib gəlib.

Bir müddət öncə isə Q.Berdımuxammedov hərbçilər qarşısında  silahdan necə istifadə etmək, atışı necə icra etmək barədə öz məharətini göstərib.

Gununsesi.info