Türkmənistan Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olur

  • By admin
  • 29 Sentyabr 2022 19:56

Türkmənistan Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, bununla bağlı qərar TDT-nin 11 noyabrda Səmərqənddə keçiriləcək sammitində qəbul ediləcək.

Xatırladaq ki, Türkmənistan ötən il Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul edilib.

Gununsesi.info