Türkmənistanda prezidentlik üçün 70 yaş senzi ləğv edildi - Qurbanqulu da ömürlüyə hazırlaşır

  • By admin
  • 14 Sentyabr 2016 10:10

qurbanqulu

 

 

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

Gununsesi.info  RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

Artıq “yaşı 70-dən yuxarı olmayan” tələbi qanundan çıxarılıb.

Gununsesi.info