Türkmənistanın Azərbaycandakı səfiri vəzifəsindən azad olundu

  • By admin
  • 11 İyul 2022 09:18

Məkan İşanquliyev Türkmənistanın Türkiyədəki səfiri təyin edilib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, ölkə Prezidenti Sərdar Berdiməhəmmədov Məkan İşanquliyevi Türkmənistanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Məlumata görə, müvafiq sərəncamla diplomat başqa işə keçməsi ilə əlaqədar Türkmənistanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib.

Gununsesi.info