TürkPA müşahidə missiyası Türkiyədəki referendumunu izləyəcək

  • By admin
  • 15 Aprel 2017 13:04

turkpa-450x270

TürkPA beynəlxalq müşahidə missiyası aprelin 16-da Türkiyədə keçiriləcək referendumun monitorinqini aparacaq. 

Təşkilatdan Gununsesi.info-ya verilən məlumata görə, müşahidə missiyasının tərkibinə Azərbaycan Milli Məclisinin üzvləri Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Qazaxıstan Parlamentinin nümayəndələri senator Manap Kobenov və Məclisin üzvü Bekpolad Tleuxan, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Kaldarbek Baymuratov daxildir.

Səfər çərçivəsində TürkPA müşahidəçiləri Türkiyənin Yüksək Seçki Şurasını ziyarət edib və Şuranın sədri Sadi Güvənlə görüşüblər. S. Güvən ölkə daxilində 55, xaricdə isə 3 milyon Türkiyə vətəndaşının referendumda səs vermək üçün qeydiyyatdan keçdiyini bildirib.

TürkPA nümayəndə heyəti həmçinin Ədalət və İnkişaf Partiyası və Cümhuriyyət Xalq Partiyası parlament fraksiyalarının liderləri ilə də görüşlər keçirib. Görüşdə TürkPA nümayəndələri referendumun nəticələrindən asılı olmayaraq, Türkiyəyə sülh və firavanlıq arzu etdiklərini bildiriblər.

Gununsesi.info