TÜRKPA Türkiyənin 1915-ci il hadisələrini araşdırma təklifini DƏSTƏKLƏDİ

  • By admin
  • 25 Aprel 2021 21:41

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) 1915-ci il hadisələrinin öyrənilməsi ilə əlaqədar Türkiyənin təklifini dəstəkləyir.

Gununsesi.info-nun TÜRKPA-ya istinadla verdiyi məlumata görə, təşkilatın baş katibi Altınbek Mamayusupov ABŞ prezidentinin 1915-ci ildə Birinci Dünya Müharibəsi zamanı baş verən hadisələrlə bağlı bəyanatından narahat olduğunu bildirdi.

O qeyd edib ki, еarixi hadisələrin nəql edilməsini siyasi dividentlər diktə edə bilməz, çünki bu cür bəyanatlar dünyadakı onsuz da kövrək olan qarşılıqlı anlaşma və inamı sarsıdır.

TÜRKPA-nın Baş katibi xüsusilə 20-ci əsrin tarixi aspektlərinin peşəkar tarixçilər tərəfindən öyrənilməsinin vacibliyini vurğuladı. A.Mamayusupov beynəlxalq ictimaiyyəti, xüsusən də elmi ictimaiyyəti, Türkiyənin o dövrün tarixi hadisələri ilə əlaqəli arxivlərin araşdırılması üçün tarixçilərdən ibarət ortaq bir komissiya yaradılması təklifini dəstəkləməyə çağırdı.

Gununsesi.info