
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı türk dünyasının istiqlal şairi Əhməd Cavadın Şərəf Ordeni ilə təltif olunub.
Bu barədə Gununsesi.info-ya Əhməd Cavadın nəvəsi Anar Axundzadə bildirib.
Onun sözlərinə görə, Baxçalıya bu mükafatı TÜRKSOY verib.
“Bununla bağlı keçirilən görüşdə TÜRKSOY-un baş katibi hörmətli Sultan Raev Şərəf Ordenini cənab Baxçalıya təqdim etdi”.
İlhamə
Gununsesi.info