Turşudan zəhərlənən ailənin daha bir üzvü öldü

  • By admin
  • 16 Fevral 2020 19:05

Xəbər verdiyimiz kimi, fevralın 12-də İmişlidə bir ailənin 3 üzvü pomidor turşusundan zəhərlənib.

Gununsesi.org-un məlumatına görə, 1968-ci il təvəllüdlü Ağayeva Sayalı Sarış qızının ölümündən sonra onun 2005-ci il təvəllüdlü qızı Ağayeva Samirə Elman qızı da bu gün İmişli rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Xatırladaq ki, ailənin digər üzvü 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlunun vəziyyəti ağır olduğundan Bakıya gətirilmişdi.

 

 

Gununsesi.org