Tusk Tixanovski ailəsinin “Nobel”ə namizəd göstərilməsini təklif etdi

  • By admin
  • 09 Sentyabr 2020 17:36

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avropa İttifaqına Belarus müxalifətçiləri- Svetlana Tixanovskaya və Sergey Tixanovskinin Nobel Sülh Mükafatına namizəd göstərilməsini təklif edib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Tuskun sözlərinə görə, bu, Belarusda icazəsiz etiraz aksiyaları zamanı tutulanların hamısı üçün güclü bir dəstək siqnalı olacaq.

“Aİ ilin bu anında Svetlana Tixanovskaya və hələ də həbsdə olan əri Sergey Tixanovskini Nobel Sülh Mükafatına namizəd göstərəcəyi təqdirdə bunun Belarus məhbuslarına hörmətini göstərməsi üçün güclü bir siqnal olacağına inanıram”,- deyə Tusk qeyd edib.

 

 

Gununsesi.info