Tutulan şəxsin digər cinayət əməlləri də müəyyən edilib

  • By admin
  • 30 Sentyabr 2017 11:48

qandal

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxs törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ruslan İsmayılovun ətrafında Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyul-avqust ayları ərzində 3 bağ evindən və 2 avtomobildən məişət əşyaları, inşaat materialları və avtomobil üçün ehtiyat hissələri oğurlaması, habelə 1 bağ evindən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Anar

Gununsesi.info