
Narkotik vasitə ilə tutulan şəxsin digər cinayət əməli də müəyyən edilib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitə ilə tutulan Ramil Hüseynovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 1-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 650 manat pul və mobil telefon oğurlaması da müəyyən edilib.
Anar
Gununsesi.info










