
Xəbər verdiyimiz kimi, təşkilatçı, “Səs music organization”ın rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulması ilə bağlı xəbərlər yayılıb.
N.Emiloğlu məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, haqqında yayılan məlumatlar yalandır:
“Mən həbs edilməmişəm, heç yerə də çağrılmamışam. Bu qədər şərəfsizlik olmaz. Bu xəbəri niyə yayıblar, bilmirəm. Məqsəd mənim işgüzar nüfuzuma zərər verməkdir.
Hazırda vəkilim bu işlə məşğuldur. Yalan xəbər yayanı məhkəməyə verəcəm. Niyə mən öz təşkil etdiyim konsertə saxta bilet satım?! Bu, nə dərəcədə düzgündür?!”.
N.Emiloğlu sosial şəbəkə profillərini, telefonunu bağlaması ilə bağlı da bunları deyib:
“Bu, mənim haqqımdır. Ürəyim sakitlik istəyib. Əcəb eləmişəm. İki dəfə ürək əməliyyatı keçirmişəm. Ürək çatışmazlığı ilə yaşayan adamam. Mənə sakitlik lazımdır. Bəsdirin gündə bir yalan xəbər yaydınız”.
Qeyd edək ki, Rafetin konserti “Elite Events hall”da baş tutacaqdı.
Onun tutulma xəbərini Criminal.az saytı yayıb.
Gununsesi.info