Tütün məmulatlarından istifadə məhdudlaşdırıla bilər

“Tütün məmulatlarından istfadənin məhdudlaşdırılması” haqqında model qanun layihəsinin hazırlanmasını nəzərdə tuturuq.

Gununsesi.info xəbər verir ki, bu fikirləri TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən 8-ci iclasında komissiyanın sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

HTML tutorial

Deputat qeyd edib ki, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması aktual məsələlərdəndir: “Təklif edirik bu istiqamətdə qanun layihəsi hazırlansın”.

Komissiya üzvləri qanun layihəsinin hazırlanmasına müsbət rəy bildirib.

Gununsesi.info