Tütünlə mürizədə Türkiyə modelindən istifadə edəcəyik - MM-İN SEKTOR MÜDİRİ

  • By admin
  • 27 Aprel 2017 12:16

tutun

Tütün məmulatlarının (siqaretin) nümayişinin qadağa olunması ilə bağlı qəbul olunacaq qanun geriyə də şamil ediləcək.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin (MM)  Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda  parlamentdə keçirilən Dəyirmi masada bildirib.

O, qeyd edib ki, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin ikinci oxunuşunda edilən dəyişiklikdə əskini tapıb:

“Birinci oxunuşda bunu yalnız qanun qəbul edildikdən sonra çəkiləcək video materiallarda (kino, proqram, veriliş və s.) nəzərdə tutmuşduq. Lakin sonradan edilən irad və təklifləri nəzərə alaraq, Türkiyə modelindən istifadə etməyə qərar verdik. Qanun qəbul edildikdən sonra qadağa geriyə də şamil olunacaq. Bu vaxtadək çəkilən bütün video materiallar efirə verilən zaman siqaretin nümayişi qadağan ediləcək”.

KAMİL

Gununsesi.info