VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

22 Sentyabr 2017

16 İyul 2017 - 20:13

TV ofisinə basqın edən şəxs ölkədən qaçarkən tutuldu

afc82ec47c5cddce2d4fe65f75b5c483
Bu ilin mart ayında Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyası xidmətinin ofisinə silahlı basqın edərək oranın gözətçisi Hüseyn Dünyamalıyevə xəsarət yetirib daha sonra içərisində 3560 manat olan seyfi, eləcə də gözətçinin mobil telefonunu və 150 manat pulunu aparan şəxslərdən daha biri tutulub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Kambar Asif Ramiz oğlu Qazax rayonu ərazisində – “Qırmızı Körpü” buraxılış məntəqəsindən qonşu ölkəyə keçmək istəyərkən tutulub.

Qeyd edək ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Kamran İsmayılov daha əvvəl tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, məlum cinayətlə bağlı daha bir nəfər də axtarışdadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info




loading...
Loading...