“Tvitter”ə yeni rəqib olan proqram tətbiqi yaradılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, adı “Threads” olan tətbiq Facebook və İnstagram-dan sonra “Meta” şirkətinin içində olacaq.
Uzun müddət üzərində çalışılan proqram sabah istifadəyə veriləcək.
Yeni tətbiq ekran görüntülərinə baxıldıqda, platformanın “interfeysi” (araüz) “Tvitter” ilə bənzərlik təşkil edir.
Xatırladaq ki, son dönəmlərdə Elon Maskın “Tvitter”də yeni limitlər və ödəmələr tətbiq etməsindən sonra bir çox istifadəçidə narahatlıq vardı.
Bu fürsətdən yararlanmaq istəyən “Meta” şirkəti “App Store”dən endirilə biləcək bənzər proqram hazırlayıb.
Threads’e necə qeyd olunmaq olar?
“App Store” üzərindən yer alan görüntülərdən yola çıxaraq, istifadəçilərin Instagram hesablarını işlədərək bu platformaya qeyd ola biləcəklər.
Mövcud adamları təqib etmək mümkün olacaq.
“Meta” şirkəti proqramla bağlı açıqlamasında bunları vurğlayıb:
“”Threads” cəmiyyətlərin bu gün maraqlandırları mövzulardan sabah trend olacaq mövzularadək hər şeyi müzakirə edə biləcəyi bir yer olacaq. Maraqlandığınız şey nə olarsa, olsun, ən sevdiyiniz kontent yaradıcıları və eyni şeyləri sevən, digərlərini izləyib onlarla birbaşa əlaqə qura bilərlər. Fikirlərini və yaradıcılığını dünya ilə paylaşmaq üçün özünüzə aid sadiq bir təqibçi kütləsi formalaşdıra bilərsiniz”.
Tərcümə: Arzu