“Tvitter istifadəçilərinin bütün bilgiləri Amerikanın əlindədir” – MASK

  • By admin
  • 18 Aprel 2023 09:44

Dünyaca tanınmış texnologiya mühəndisi və milyarder İlon Mask gündəm olacaq açıqlamalar səsləndirib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Mask Amerikan iqtidarının Tvitter istifadəçilərinin birbaşa mesajlarına əlçatımlılıq haqqının olduğunu iddia edib.

Mask bildirib ki, bu durumu öyrəndikdə ağlı başından gedib. Onun sözlərinə görə, Amerika hakimiyyəti tvitter-in bütün data bilgilərinə hakimdir. Milyarder “Fox News”a verdiyi müsahibəsində Amerika hökumətinin onun sosial media platformasındakı istifadəçilərin birbaşa mesajlarını oxuma yetkisini olduğunu öyrəndikdə, bu durumdan şok keçirdiyini bildirib.

Mask vurğulayıb ki, hökumət qurmları Tvitter-də olub-bitən hər şeyə təsirli bir şəkildə tam əlçatımlı haldadır.

Mask bunu sonradan bildiyini və belə bir durumun fərqində olmadığını dilə gətirib.

Musk, Carlson’a “Hökumət qurumlarının Twitter-də a olub -bitən hər şeyə  asan bir şəkildə bilməsinin  fərqində deyildim” deyə bildirib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info