
Millət vəkili Qənirə Paşayeva qarşı təxribat baş verib.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda millət vəkili sosial şəbəkədəki səhifəsində verib.
Belə ki, millət vəkili açıqlamasında bildirib ki, “DW Azerbaycan”(dw_azeri) adlı tvitter səhifəsi onun adından saxta açıqlama verib: “Əziz dostlar, “DW Azerbaycan”(dw_azeri) adlı tvitter səhifəsi mənim adımdan saxta açıqlama verərək “Qənirə Paşayeva Türk xalqı, millətin gələcəyi üçün “Hayır demeli” yazıb. Maləsəf ki, bu saxtakarlar yalnız deyillər. Bəzi fərqli insanlar da mənim adımdan Türkiyədə keçiriləcək referendumla bağlı belə saxta məumatlar yayırlar. QardaşTürkiyədən bəzi dostlar da aradı. Onlara da söyleəim. Adımdan belə saxtakalıqlar edənlərin hamısını qınayıram. Mənim belə bir açıqlamam olmayıb və bütün dostları bu saxtakarlara etirazlarını bildirməyə çağırıram. Mən qardaş Türkiyə dövlətinin daxili siaysətilə bağlı heç bir zaman açıqlama vermədim və bundan sonra da verməyəcəyəm. Mən Azərbaycan-Türkiyə qardalığını və Türk dünyasının daha da güçlənməsi üçün hər zaman çalışdım və bundan sonra da çalışacağam. Amma hər bir Türk dövlətinin daxili siyasəti ilə bağlı qərarı o ölkəmizin vətəndaşları verir və biz də hər zaman ona saygı duymalıyıq”.
Gülnaz Qənbərli
Gununsesi.info
