Twitter-in işində problem yarandı

  • By admin
  • 05 İyun 2019 19:10

Twitter istifadəçiləri sosial şəbəkənin işində nasazlıq yaranması barədə məlumat yayıblar.

Downdetector-un məlumatına görə, dünyanın bir çox ölkələrində Twitter-in işində problemlər yaranıb.

Əsasən Böyük Britaniya, Braziliya, Danimarka, Niderland, Yaponiyada istifadəçilər sosial şəbəkədəki akkauntlarına girə, tvitləri cavablandıra bilmədiklərini qeyd ediblər.