“Twitter”də yenilik - İŞARƏLƏRİN SAYI ARTIR

  • By admin
  • 27 Sentyabr 2017 09:00

twitter

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Twitter” sosial şəbəkəsində məlumat yerləşdirmək üçün işarələrin sayı artırılacaq.

Məlumata əsasən “Twitter”də tvit məhdudiyyətinin 140-dan 280 işarəyə qədər artırılması imkanı sınaqdan keçirilir. İlkin mərhələdə bu imkandan kiçik bir qrup yararlana biləcək.

Yeniliyin tam olaraq nə vaxt istifadəyə veriləcəyi bilinmir.

Gununsesi.info