“Twitter”in işində nasazlıq yarandı

  • By admin
  • 13 May 2021 19:22

Bir sıra ölkələrdə “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.

Nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya və Yaponiyadan olan istifadəçilər şikayət edirlər.

Saytın işində və mobil tətbiqin işləməsində problem mövcuddur.

Gununsesi.info