U-17 böyükhesablı qələbə qazanıb

  • By admin
  • 11 Avqust 2016 10:25

futbol

 

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Çimkent şəhərində təşkil olunmuş  “Prezident kuboku” turnirinin qrup mərhələsində son oyununu keçirib.

Gununsesi.info xəbər verir ki,Rusiya-2 yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 12:1. Xaqani Sadıqov 6, Kamran Quliyev isə 4 qol vurub. Hərəyə 1 dəfə İzzət Muştaqov və Məhəmməd Məhərrəmov fərqlənib.

İlk oyunda İran yığmasına 0:3 hesabı ilə məğlub olan, ikinci qarşılaşmada isə Tacikistan komandası ilə 2:2 hesablı heç-heçə edən yığmamız qrupda üçüncü yeri tutub.

Anar

Gununsesi.info