U-17 komandamız Zambiya millisinə uduzdu

  • By admin
  • 14 May 2022 09:18

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində 28-ci dəqiqədə Musa Məmmədov fərqlənib.

U-17 növbəti oyununu mayın 16-da gürcüstanlı yaşıdlarına qarşı keçirəcək.

Gununsesi.info