
Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, Gürcüstanın U-17 komandası ilə keçirilmiş qarşılaşmada heç-heçə qeydə alınıb -1:1.
Qeyd edək ki, yığmamızın qolunu Aytac Nemətova vurub.
Anar
Gununsesi.info