
Aprelin 6-dan 14-dək Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
AFFA-dan Gununsesi.info-ya verilən məlumata görə, toplanış ərzində yığmamızın aprelin 11-də və 13-də, saat 17:00-da, Dalğa Arenada Makedoniyanın U-19 milli komandası ilə iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Anar
Gununsesi.info