Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, güləşçilərimiz ilk yarış gününü 1 qızıl və 1 bürünc medalla başa vurub. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanıb.
İkinci yarış günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparır.
61 kq
1/8 final – Nico Antonio Zarcone (GER) – Əli Rəhimzadə
70 kq
1/8 final – Mirza Sxulukia (GEO) – Hacımurad Ömərov
86 kq
1/8 final – Kənan Əliyev – Abdulla Ömərov (BEL)
125 kq
1/8 final – Umar İsrailov – Danylo Kartavyi (UKR)
Anar
Gununsesi.info