Ü.Dündar: “Təmas qura bilmədiyimizlər arasında Donanma Komandiri Veysel Köşəsəl də var”

  • By admin
  • 16 İyul 2016 13:49

umud

 

 

Baş qərargah rəisi Vəkili General Ümid Dündar ölkədə zəncirvari hərbi əməliyyatların başlanması əmrini verib. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ü.Dündar Ankara və İstanbul başda olmaqla Türkiyənin müxtəlif şəhərlərində artıq bu cür əməliyyatarın hərəkətə keçdiyini bildirib: “Baş qərargah rəisliyinin çoxlu sayda komandiri hərbi çevrilişdə iştirakı təsdiqlənən şəxslər tərəfindən həbs edilərək naməlum istiqamətlərə aparılıblar”-, deyə o bildirib.

Dündar qeyd edib ki, istər təhlükəsizlik, istərsə də prokurorluq idarələri dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün lazımı tədbirləri görüblər: “Dövləti və millətiylə əl-ələ verib həmrəylik nümunəsi göstərən Türkiyə, bu zərbə cəhdini iflasa uğratmışdır. Ancaq bu cəhd əsnasında Türkiyə, təəssüf ki, öz Məclisini, öz təşkilatlarını bombalayan, öz vətəndaşına güllə sıxan bir qrupun cinayətinə şahid olmuşdur. Ölkəsini qoruması üçün ona əmanət edilən silahları özünə çevirənlərin sərgilədikləri alçaqlığı bu millət əsla unutmayacaqdır. Əzm və qətiyyətlə dövlətinə sahib çıxan millətimizin hər bir fərdinə minnətdarlığımızı bildirirk. Millətimizin əsla narahatlığı olmasın ki, Türkiyə, zərbələr və çevrilişlər dövrünü bir daha açılmamaq üzrə bağlayıbdır “-, deyə o bildirib.

Dündar qeyd edib ki, ölkədə baş verən hadisələrlə bağlı son vəziyyət, mətbuatdan da təqib etdiyiniz kim nəzarətə alınıb: “Hörmətli Baş Qərargah rəisimiz hərəkat bölgəsində vəzifəsinə başlayıb. Digər komandırlərimiz haqqında bu an üçün hər hansı bir məlumat verməm mümkün deyil. 41-i polis, 2-si əsgər, 47-si mülkü vətəndaş olmaqla 90 nəfər şəhidimiz var. Təəssüf edirəm. Yaralılarımızın sayı isə 154 nəfərdir. Bu anadək adı hərbi çevrilişidə cəhd edənlərə qarışdıöı təsbit edilən Ankarada Jandarma komandirləri Məktəblərinə rəhbərlik edən general Sadık Koroğlu və Istanbulda İkinci Zerehli Qoşunları Qərargahına başçılıq edən general Özkan Aydoğdu başda olmaqla üst-üstə 1563 hərbiçi həbs edilib”.

Ankara və İstanbula yaxın şəhərlərdə də idarəetməni ələ keçirməyə çalışanların adlarının müəyyənləşdirildiyini deyən Ordu generalı Dündar : “Onların Ankara və İstanbul yaxınlığında müxtəlif şəhərlərimizdə də dövlət təşkilatlarını və rəhbərliyi ələ keçirməyə istiqamətli fəaliyyətləri təsbit edilmişdir. Hava Qüvvələri Komandirliyi, Jandarma Ümumi Komandirliyi və bəzi zirehli birlik ünsürlərinin ağırlıqlı olaraq içərisində iştirak etdiyi görülən dövlət çevrilişinə cəhdə təşəbbüs edənlərin qarşısı Türk Silahlı Qüvvətlərinin əmri və zəncirvari rəhbərliyi nəticəsində ilk andan etibarən rədd edilmişdir. Bu vəziyyət media və internet kimi informasiya vasitələriylə dövlət çevrilişi etməyə çalışanların qarşısı qısa müddətdə əməliyyatla çökdürüldü. P rezidentimiz və Ali Baş Komandanımız , nazirlərimiz, TBMM-nin üzvləri Türk Silahlı Qüvvətləriylə tam bir həmrəylik içərisində, demokratiyanın və hüquqi dövlətinin yanında yer alaraq bu çevrilişin qarşısını aldı. Çevrilişə cəhd edənlərin təşəbbüsünün başa düşdüklərindən etibarən, millətimiz küçələrə çıxaraq, tankların önünə keçib, meydanı çevrilişçilərə buraxmayaraq demokratiyamıza və respublikamıza sahib çıxdılar “.

Ölkədə paralel dövlət qurməq istəyənlərin hamısının ordudan təmizlənəcəyini vurğulayan Dündar, belə deyib: “Türk Silahlı Qüvvətləri olaraq, çevriliş edənlərə qoşulan hər kəslə birlikdə paralel dövlət qurmaq istəyənlərin hamısının ordumuzdan təmizlənməsi mövzusunda qərarlı olduğumuzu açıq şəkildə ifadə etmək istəyirəm. Dövlətinə və millətinə xəyanət edən heç kimsə cəzasız qalmayacaq. Türk Silahlı Qüvvələri, demokratik, hüquq dövlətdə olması gərəkən kimi dövlətinin və millətinin əmrində olan qurum kimi işə davam edəcək. Demokratiya və milli iradəyə sahib çıxan bütün siyasi partiyalara və media quruluşlarına minnətdarlığımı bildirirəm”-, deyə o bildirib.

Baş qərargah rəisi general Hulusi Akarın vəziyyətiylə bağlı sualı cavablandıran Dündar :”Son vəziyyət, mətbuatdan da təqib etdiyiniz kimi Hörmətli Baş qərargah rəisimiz hərəkat bölgəsində vəzifəsinə başlayıb. Digər komandırlərimiz haqqında bu anda hər hansı bir məlumat verməm mümkün deyil. Hal-hazırda təmas qura bilmədiyimiz komandirlər arasında Donanma Komandiri Veysel Köşəsəl rəisimiz də var”-, deyib.

Ümid Dündar bu ana qədər yalnız Baş qərargah rəisi Akar ilə təmas qurduqlarını söyləyib.

 

Gülnaz Qənbərli