
“U Reporter” qəzeti İranın Zahedan bölgəsində “Qanlı Cümə” gününün ildönümündə Zahedan, Xaş, Taftan, Soran və Raskda bəluc soydaşlarının üsyanı haqqında yazıb.
Qeyd edək ki, etirazlar zamanı İranın çevik polis qüvvələri ən azı 100 nəfəri qətlə yetirib və yüzlərlə insanı yaralayıb. Həmin etirazlar zamanı İran rejiminin səlahiyyətliləri Cümə günü Sistan və Bəlucistan əyalətinin cənub-şərqindəki bir neçə şəhərdə aksiya iştirakçılarına atəş açıblar.
Gununsesi.info xəbər verir ki, İran Milli Müqavimət Şurasının məlumatına görə, Zahedan qətliamı kimi tanınan “Qanlı Cümə”nin birinci ildönümü münasibətilə keçirilən etiraz aksiyaları zamanı hakimiyyət orqanları bir neçə uşaq da daxil olmaqla azı 19 etirazçını yaralayıb.
Qeyd edək ki, “Qanlı Cümə” Məhsa Əmininin ölümündən sonra baş verib. Onun ölümü İran rejiminin 1979-cu il inqilabından sonra qurulduğu gündən sonra ən ciddi çağırış kimi qəbul edilib, onun ölümü ümummilli etirazlara səbəb olub.
Ölkənin əsas müxalifəti və demokratiya tərəfdarı olan İran Xalq Mücahidləri Təşkilatının məlumatına görə, etirazların başlanmasından təxminən 3 ay sonra həmin repressiyalarda ən azı 750 nəfər həlak olub. Xalq Mücahidləri Təşkilatı da eyni müddət ərzində 30 mindən çox vətəndaşın həbs edildiyini bildirib.
Etirazlar gecəyarıya kimi davam edib və etirazçıların Zahedan və problemli vilayətin digər şəhərlərində küçələri bağlamaq üçün təkərləri yandırdıqlarını göstərən bir neçə video internetdə yayımlanıb.
İranın müxalifət lideri Məryəm Rəcəvi etirazçıları salamlayıb. İranın Milli Müqavimət Şurasının seçilmiş prezidenti X-də yazdığı mesajda bunları qeyd edib:
“Yaşasın qiyamın ildönümündə ayağa qalxan Zahedan, Rask, Xaş və digər şəhərlərdə igid bəluc soydaşları. Qanlı Cümə Zahedan! Onlar “Xamneyiyə ölüm”, “Şəhid qardaşım, qanını geri alacam” və “Zalıma ölüm, istər padşah olsun, istərsə də başçı” şüarları səsləndirməklə, repressiv qüvvələrlə qorxmadan üz-üzə gəldilər”.
Polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları polis təzyiqlərinə baxmayaraq, öldürülənlərin xatirəsini yad ediblər.
Gununsesi.info