Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - XƏBƏRDARLIQ

  • By admin
  • 29 Aprel 2018 13:00
Heydər Əliyev prospektinin metronun “Koroğlu” stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhər Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O, sözügedən ərazidə hərəkətin axşam saatlarında bərpa ediləcəyini bildirib:
“Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almanızı xahş edirik. Məlumat üçün bildiririk ki, yolda hərəkət axşam saatlarında bərpa ediləcək”.
Qeyd edək ki, hərəkətin məhdudlaşdırılacağı ilə bağlı sürücülərə əvvəlcədən xəbərdarlıq edilmişdi.
Gununsesi.info