Üç ayda Azərbaycandakı mehmanxanalar 73,1 milyon manat qazanıb

  • By admin
  • 26 Aprel 2018 16:35
Cari ilin ilk rübündə ölkə üzrə mehmanxanaların gəlirləri 73,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya bildirilib ki, bunun 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20 faiz təşkil edib. Bu göstərici Naftalanda 52 faiz, Bakıda 32,1 faiz, Qusarda 24,2 faiz, Qəbələdə 22,9 faiz, Qubada 21,7 faiz, Naxçıvan Muxtar Respublikasında 9,1 faiz, Lənkəranda 7,6 faiz, Şəkidə 6,5 faiz, Şamaxıda 4,2 faiz, Gəncədə 2,8 faiz, Qaxda 2,5 faiz, digər şəhər və rayonlarda isə 2,5 faizdən aşağı olub.
Gununsesi.info