3 aydan sonra geri qayıtdı

  • By ilhame
  • 05 Fevral 2024 21:47

“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen zədəsini sağaldıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AS məlumat yayıb. Alman qolkiper komanda ilə məşqlərə qatılıb.

O, üç aylıq fasilədən sonra komandasının növbəti matçında – “Qranada” ilə oyunda meydana çıxa biləcək.

Ter Ştegen belindəki ağrılar səbəbindən ötən ilin noyabr ayının 12-dən bəri oynamırdı. O, dekabrda əməliyyat olunub.

Gununsesi.info