Üç aylıq körpə su anbarında boğuldu

  • By admin
  • 17 Dekabr 2021 12:29

Astara rayonunda üç aylıq körpə su anbarında boğularaq ölüb.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

HTML tutorial

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Körpənin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Gununsesi.info