“Üç badam bir qoz”un aktrisası dünyasını dəyişdi - O, MENİNGİT XƏSTƏLİYİNDƏN ƏZİYYƏT ÇƏKİRDİ

  • By admin
  • 11 Avqust 2017 09:12

129725_ibwdaaqpu7

Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib.

Gununsesi.info bildirir ki, qohumlarının axşam.az-a verdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib.

Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınları bildirir ki, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib: “Həkimlər bizə demədən belindən su alıblar. Elə ondan sonra vəziyyəti daha da ağırlaşdı, Türkiyəyə apardıq. Orada da 4 xəstəxana gəzdik. Gözləri tutuldu, yeriyə bilmədi, komaya düşdü. Axırda özəl xəstəxanalardan birində əməliyyat etdilər və dedilər ki, vəziyyəti əvvəlkindən yaxşıdır. 5 gün keçdi üstündən. Bu gün də dedilər ki, beyin ölümü keçirib. Hazırda aparata qoşuludur. Sabah aparatdan ayıracaqlar”.

Yaxınları onu da qeyd etdilər ki, Mila ölməkdən çox qorxurmuş: “Xalası qızına demişdi ki, ölməkdən çox qorxuram. Əlini buraxmırdı. Deyirdi, məni tək qoymayın”.

Qeyd edək ki, M.Əminə son olaraq “Üç badam bir qoz” filmi ilə gündəmə gəlmişdi.



Gununsesi.info