Üç cinayət işinin bağlanmasına ağcaqanad SƏBƏB OLDU

  • By admin
  • 17 İyul 2022 14:00

Çinin Fuçjou dairəsində polis ölü ağcaqanadın buraxdığı qan ləkəsindən götürülmüş DNT analizi sayəsində qarətçini yaxalaya bilib.

Gununsesi.info xəbər verir ki, kriminalistlər ekspertiza zamanı onu qarət edilmiş mənzilin divarında tapıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları oğrunun gecəni qarət etdiyi evdə keçirdiyini ehtimal ediblər: ekspertlər paketlərdə hazır əriştə, yumurta qabığı və öldürülmüş ağcaqanad tapıblar. Ölən həşərata diqqət çəkən polis DNT analizi üçün qan götürüb.

Analiz nəticəsində məlum olub ki, qan artıq oğurluqda təqsirli bilinən Çay soyadlı yerli sakinə məxsusdur. Cinayətkar qarətdən 19 gün sonra həbs edilib, hüquq-mühafizə orqanları isə eyni şəxslə bağlı olan 3 quldurluq hadisəsini bir anda bağlayıb.

Gununsesi.info