“Üç dövlət bizə qarşı birləşib“ - RUSİYALI SƏFİR

  • By admin
  • 18 Fevral 2022 19:39

Böyük Britaniya, Polşa və Ukraynanın ittifaq üçlüyü həmin ölkələrin maraqlarına uyğun olmadığı üçün sünidir. 

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib.

“Bu, çox sünidir. Mən əsas şeyi – Böyük Britaniya, Polşa və Ukrayna arasında əməkdaşlığın iqtisadi əsasını görmürəm. Bunun üzərində bəzi başqa siyasi əlaqələr qurmaq olar, o cümlədən hərbi”.

Onun sözlərinə görə, xüsusən də digər Avropa ölkələrinə məhəl qoymadan istənilən üçlük elan oluna bilər:

“Amma mənə elə gəlir ki, bu, müasir, konyukturlu, tələblərə cavab verməyən strukturdur”, – deyə Kelin bildirib.

 

Gununsesi.info