
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də rayon ərazisində 3 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaləddin Əliyev tutulub.
Anar
Gununsesi.info