Üç evdən, 6 avtomobildən və qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

  • By admin
  • 21 Avqust 2017 13:04

hebs1

Gəncə şəhəri ərazisində 3 evdən, 6 avtomobildən və qəbiristanlıqdan oğurluq edən şəxs tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 4-dən cari il avqustun 7-dək olan müddətdə Gəncə şəhəri ərazisində 3 evdən məişət əşyaları, 6 avtomobildən akkumulyator, habelə qəbirlərdən birinin üzərindəki 2 ədəd mərmərdən hazırlanan güldan oğurlamaqda şübhəli bilinən şəhər sakini Nicat Hüseynov tutulub.

Gununsesi.info