
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kəskin istilərlə bağlı xəbərdarlıq edib.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 23-dək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, yarımadanın bəzi yerlərində 40 dərəc isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da avqustun 23-dək ölkə ərazisində isti havaşəraiti davam edəcək. Havanın maksimal temperaturunun 35-40, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcəyədək isti olacağı gözlənilir.
Gununsesi.info