Üç gün kəskin isti olacaq - XƏBƏRDARLIQ

  • By admin
  • 20 Avqust 2016 12:38

gunesli_hava523234

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kəskin istilərlə bağlı xəbərdarlıq edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 23-dək Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, yarımadanın bəzi yerlərində 40 dərəc isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da avqustun 23-dək ölkə ərazisində isti havaşəraiti davam edəcək. Havanın maksimal temperaturunun 35-40, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcəyədək isti olacağı gözlənilir.

Gununsesi.info