Üç köçkün ailəsini illərdir Bərdədə qazasız qoyan kim(lər)dir? - "Qalmışıq soyuqda, qırılırıq..." - FOTOLAR

  • By admin
  • 29 Dekabr 2016 11:10
berde-6
Bugünlərdə saytımıza Bərdə rayonunda yaşayan və əslən Ağdam rayonundan olan  bir qrup məcburi köçkün tərəfindən şikayət məktubu daxil olub.
Gununsesi.info-nun məlumatına görə, məktubda məcburi köçkünlər qaz-istilik problemindən şikayətlənirlər.
Məktubda deyilir:
“Sizə müraciət etməkdə məqsədimiz odur ki,  23 ildir qaz üzünə həsrətik. Ağdamdan məcburi köçkün düşən üç ailə (on nəfər) Bərdədə  Zöhrabbəyov küçəsində yerləşən çayxana binasında 1993-cü ildən məskunlaşmışıq. Həmin vaxtan cəmi üç il qazımız yanb.  Köhnə xəttlər qalır, lakin yerüstü xəttlər çəkiləndə bizə qaz çəkmədilər ki, bina özəlləşib. Biz də rayon İcra Hakimiyyətinə,  Qaz İdarəsinin rəsinə,  Energetika Nazirliyinə,  “Azəriqaz”a, “Qaçqınkom”a, Milli Məclisə, İnsan hüquqları uzrə Müvəkkilə,  Ailə, Qadın, Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə müraciət etdik.
Gəlib baxdılar və dedilər ki, bina özəlləşib,  sizə qaz çəkmək mümkün deyil. Ancaq özümüz  araşdırdıq ki, bina əslində özəlləşməyib və binaya Bərdədə Elbrus Abbasov adlı şəxs “yiyələnib”. Onun adına da  heç bir sənəd yoxdur, bizə qaz çəkilməsinə qeyri-qanuni şəkildə mane olur.  Rayon İcra Hakimiyyəti isə buna göz yumur, üc qaçqın ailəsi də qalmışıq soyuqda, qırılırıq…”
berde-4
berde-5
berde-3
berde-1
Gununsesi.info