Azərbaycanda üç nəfər bədbəxt hadisə nəticəsində ölüb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 18-də Ağdam rayon sakini 72 yaşlı İldırım Məmmədov 1-ci Dördyol qəsəbəsindəki evlərdən birinə evinə elektrik xətti çəkərkən nərdivandan yıxılması nəticəsində ölüb.
Digər bədbəxt hadisə avqustun 18-də Bakı şəhəri Nərimanov rayonu ərazisində qeydə alınıb. Belə ki, adıçəkilən ərazidə yerləşən yeni inşa edilən binalardan birində, orada fəhlə işləyən Abşeron rayon sakini Hüseyn Hüseynov ehtiyatsızlığı nəticəsində 14-cü mərtəbədən yıxılaraq ölüb.
Daha bir hadisə Xəzər rayonunun Buzovna qəsəbəsindəki olub. Avqustun 18-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Müqabil Hacıyevin başına futbol qapısının tiri düşməsi nəticəsində ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Gununsesi.info