
Bu gün Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən xəbərə görə, buna səbəb Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzadır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Gununsesi.info