Üç sabiq səfir həbs olunub

  • By admin
  • 27 Avqust 2016 09:45

adelet

Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən üç sabiq səfir həbs olunub.

Gununsesi.info “Millyet”ə istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl şübhəli qismində saxlanılan  Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı, ölkəninUNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık və Türkiyənin Kosta-Rikadakı sabiq səfiri Əli Fındıka qarşı həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gülən hərəkatı ilə mübarizə çərçivəsində XİN-dən 300-dən çox əməkdaşın xaric edildiyini bildirib.

Gununsesi.info