Bakı Ağır Cinayətlər Məhkəməsi üç hakimi ilə yollarını ayıracaq.
Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, uzun illərdir eyni məhkəmədə fəaliyyət göstərən hakimlər-Novruz Kərimov, Rasim Sadıxov və Cavid Hüseynov yaş həddi ilə bağlı təqaüdə çıxacaqlar.
Artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra fəaliyyətlərini başa vuracaqlar.
Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa bir hakimi Anar Sadıqov da öz ərizəsi ilə vəzifəsindən ayrılıb.














