Üç uşaq anası canına qəsd edib

  • By admin
  • 03 Mart 2017 21:25

canina qesd

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Süleymanova Xalidə Xalid qızı yaşadığı evdə dərmandan zəhərləndiyi üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Araşdırma zamanı məlum olub ki, 26 yaşlı Xalidə Süleymanova 40 tablet əsəb sakitləşdirici dərmanı udaraq intihara cəhd edib. Üç uşaq anası X.Süleymanovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info