Üç uşaq anasının evdən qaçmasının səbəbi məlum oldu

  • By admin
  • 28 Sentyabr 2019 14:23

Gəncədə üç uşaq anasının evdən qaçmasının təfərrüatı məlum olub.

Vüsalə Hüseynova sentyabrın 21-də axşam saatlarında evdən çıxaraq, rəfiqəsinin həyat yoldaşı ilə Bakı şəhərinə gəlib. 

Məlum olub ki, V.Hüseynova ailəsində yaranan problemlərə görə evdən qaçıb. Bir neçə gündür Bakıda rəfiqəsigildə qalıb. 

Qadının rəfiqəsinin həyat yoldaşı V.X. bildirib ki, V.Hüseynovanı əvvəllər tanımayıb. Həyat yoldaşı dəfələrlə ona V.Hüseynovanın problemlərindən danışsa da, o, ailənin dağılmasını istəməyib.

Sonda V.Hüseynova evdən çıxıb naməlum istiqamətə gedəcəyini bildirib. V.X. onun Bakı şəhərində onlarda qalmağına icazə verib. 

Təkidlərə baxmayaraq, V.Hüseynova evə dönmək istəmədiyini bildirib.

V.Hüseynov evdən gedərkən onun oğurlanması ehtimal edilsin deyə ssenari qurub. Belə ki, onun həyat yoldaşı Ramin Hüseynov işdən evə qayıdan zaman həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. 

Araşdırma zamanı şüşənin qadının rəfiqəsinin yoldaşı V.X. tərəfindən əli ilə sındırıldığı müəyyənləşib. 

Qeyd edək ki, V.X dünən əlinin sarğısını xəstəxanada dəyişdirən zaman polis ona şübhəli şəxs kimi yaxınlaşıb. O, polisləri evə apararaq, V.Hüseynovanı polisə təhvil verib. 

Xatırladaq ki, sentyabrın 21-i V.Hüseyovanın yaxınları onun oğurlanmasını ehtimal edib polisə müraciət ediblər. 

Gununsesi.org