Üç yaşına qədər uşaqları olan ailələrə verilən müavinətlər artırılsın – TƏKLİF

  • By admin
  • 08 Noyabr 2017 12:14

“Azərbaycanda 3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinət artırılsın. Həmin müavinətlər dəyişiklik edilmədən 3 il müddətinə sabit qalsın”. 

Gununsesi.info-nun məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Komitə sədri bildirib ki, prezidentin müvafiq sərəncamı ilə Azərbaycanda sosial evlər inşa olunur.

“Güzəştli sosial evlərin ipoteka müəllimlər və həkimlər üçün verilməsini də təklif edərdim. Bu onların işlərinə stimul yarada bilər. Məişət zorakılığının qarşısının alınması ilə məşğul olan qurumların fəaliyyətinin gücləndirilməsinə böyük ehtiyac var.

Məhkəmələrdə, hüquq mühafizə orqanlarında psixoloq, sosial işçi statlarının yaradılmasına böyük ehtiyac var”.

Gununsesi.info