Uçan avtomobillərin istehsalına başlanılacaq  - FOTOLAR

  • By admin
  • 17 Yanvar 2017 14:47

unnamed (6)

“2018-ci ildə etibarən uçan avtomobil istehsalına start veriləcək”.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda uçan taksi layihəsini həyata keçirən “Airbus” təyyarə istehsalçısı şirkətinin rəhbəri Fabrice Bregier mətbuata açıqlamasında belə deyib.
O xatırladıb ki, 2016-cı ilə planlaşdırılan “Vahana” adlı uçan taksi layihəsinin nə vaxt həyata keçiriləcəyi məlum deyildi: “Bu il isə “CityAirbus” uçan taksilərin test uçuşlarının keçirilməsi nəzərdə tutulur. 2020-ci ildə isə “Vahana” adlı layihə yekunlaşacaq”, – deyə o bildirib.
Qeyd edək ki, gələcəkdə şəhərlərdə əhali və avtomobil sıxlığının artacağı gözlənilir. Hazırda ölkələr şəhərlərdə bu sıxlığla necə mübarizə aparma yolunu axtarırlar.

unnamed (7)

Anar

Gununsesi.info